Dünyada 40 milyon insan koronaya yoluxdu

18.10.2020 23:05     Dünyadan reaksiya     472

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 40 milyon nəfəri ötüb.

Reaksiya.az xəbər verir ki, bu barədə “Vörldometers” portalı məlumat yayıb.

Son məlumata görə, dünya üzrə indiyədək koronavirusa yoluxanların sayı 40 milyon 189 min 711 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 1 milyon 117 min 096 nəfərə çatıb.

Eyni zamanda, 30 milyon 039 min 696 nəfər COVID-19 xəstəliyindən sağalıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar