Moskvada son 1 gündə 49 nəfər COVID-19-dan öldü

20.10.2020 01:03     Dünyadan reaksiya     473

Rusiyanın paytaxtı Moskvada son 24 saat ərzində daha 49 koronavirus xəstəsi dünyasını dəyişib.

Reaksiya.az xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, yeni növ virusdan ölənlərin sayı 6 min 58 nəfərə çatıb.

Qeyd edək ki, bir gün əvvəl Moskvada 51 nəfərin öldüyü bildirilib.

Reaksiya.az

Şərhlər