Azərbaycan ərazilərinin itirilməsi əbədi ola bilməz - Rusiya prezidenti

22.10.2020 22:28     Dünyadan reaksiya     242

Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi belə bir vəziyyət əbədi davam edə bilməz.

Reaksiya.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Bu illər ərzində vəziyyəti uzun bir tarixi perspektivdə sabitləşdirmək üçün böhranın həlli ilə bağlı müxtəlif variantlar təklif etdik. İnanın mənə, bir araya gətirmək çox çətin iş idi. Bəzi anlarda elə gəlirdi ki, bir addım daha atırıq və bir həll tapacağıq. Təəssüf ki, bu baş vermədi və bu gün ən pis formada bir qarşıdurma var", - Putin bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar