Putindən Minsk Qrupu ilə bağlı açıqlama: Format dəyişdirilə bilər

22.10.2020 23:55     Dünyadan reaksiya     296

Dəyişmək lazımdırmı, bilmirəm, bəlkə də format bir az dəyişdirilə bilər.

Reaksiya.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qarabağ probleminin həlli ilə bağlı Minsk Qrupunun formatını dəyişdirməyin lazım olub-olmadığı sualına cavab verərkən deyib.

“Təəssüf ki, mənim sizin sualınıza cavabım yoxdur. Bir neçə obyektiv səbəbdən - Rusiyanın rolunu vurğulamaq istədiyim üçün deyil: hamımız Rusiyanın yaxın olduğunu, bunların qonşularımız olduğunu, bu ölkələrlə, bu xalqlarla xüsusi münasibətlərimiz olduğunu başa düşürük. Təsir çox güclüdür. Rusiya Qarabağdakı tənzimləmə üçün xüsusi bir məsuliyyət hiss edir. Amma ABŞ və Fransanın, eyni zamanda Minsk Qrupunun digər üzvləri, həmçinin Türkiyənin də dəstəyinə ehtiyac var. Bu barədə bir şey dəyişdirməyin lazım olub-olmadığını bilmirəm, bəlkə də format bir az dəyişə bilər”, - Putin bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar