Türkiyənin Qarabağda Rusiya kimi iştirak etmək hüququ var - Ərdoğan

23.10.2020 15:49     Dünyadan reaksiya     497

Türkiyənin Qarabağda sülh naminə ən az Rusiya kimi iştirak etmək hüququ var.

Reaksiya.az xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Ermənistan mülki vətəndaşları hədəf alır:

"Cənab Əliyevin açıqlamasını kənara qoymaq mümkün deyil. Rusiya bu məsələnin həlli və sülh üçün yer almağı nə qədər düşünürsə, Türkiyə də ən azı Rusiya qədər burada yer alma haqqının olduğuna inanır. Azərbaycan deyir ki, əgər Ermənistan Rusiyanı təklif edirsə, biz də Türkiyəni təklif edirik. Yəni bu sülh görüşlərində Türkiyə Rusiya ilə bərabər olmalıdır. Əslində bu məsələ ilə bağlı Rusiyanın mənfi münasibətini bu ana qədər eşitməmişəm. Rusiyanın Türkiyə ilə bağlı neqativ açıqlaması yoxdur. Biz Rusiya ilə həm Azərbaycan-Ermənistan məsələsində, həm də digər məsələlərdə müştərək çalışırıq".

Reaksiya.az

Şərhlər