Azərbaycanlı qardaşlarımız bu mübarizədən zəfərlə çıxacaqlar - Ərdoğan

24.10.2020 18:44     Dünyadan reaksiya     458

Türkiyə bu günə kimi azərbaycanlı qardaşlarının yanında yer alıb və bundan sonra da yer almağa davam edəcək.

Reaksiya.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Kayseridə keçirilən konqresində söyləyib.

Ermənilərin Azərbaycan torpaqlarına hücumu ilə başlayan toqquşmaların azərbaycanlıların işğal altındakı ərazilərini azad etmək mübarizəsi olduğunu vurğulayan Ərdoğan deyib:

“Evlərinə bomba düşmüş Nigar qızımızı dünən axşam televizorda izlədim. Nigar qızımız gözüyaşlı dərdlərini söyləyirdi. Biz, inşallah onları gözüyaşlı qoymayacağıq. İnanıram ki, azərbaycanlı qardaşlarımız bu mübarizədən zəfərlə çıxacaqlar”.

Reaksiya.az

Şərhlər