Qardaşlarımız qətlə yetirilərkən gözləri və dilləri bağlı... - Ərdoğan

24.10.2020 19:04     Dünyadan reaksiya     483

Azərbaycan torpaqları işğal edilərkən, azərbaycanlı qardaşlarımız qətlə yetirilərkən gözləri və dilləri bağlı, qulaqları kar şəkildə gözləyənlər vardı.

Reaksiya.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

“Həmin kəslərin bu gün etdikləri “Döyüşlər dayansın” açıqlaması riyakarlığın zirvəsidir. İki dövlət, bir millət olduğumuz Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək uğrunda mübarizəsində hər cür dəstəyi verməyə davam edəcəyik”, - Ərdoğan qeyd edib.

Reaksiya.az

Şərhlər