İran Bərdəyə hücumu kəskin şəkildə pislədi

28.10.2020 17:10     Dünyadan reaksiya     434

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyi Ermənistanın Azərbaycanın Bərdə şəhərinə etdiyi raket hücumunu, nəticədə bir çox mülki vətəndaşın həlak olması və yaralanmasını kəskin şəkildə pisləyir.

Reaksiya.az xəbər verir ki, bu barədə  İranın Azərbaycandakı səfirliyindən məlumatında bildirilib.

Məlumata görə, İran səfirliyi həlak olanların ailələrinin dərdinə şərik çıxır və yaralılara şəfa diləyir.

Səfirlik bildirir ki, beynəlxalq hüquq normalarına əsasən, şəhərlərə və günahsız insanlara hücum etmək hərbi cinayətidir və dərhal dayandırılmalıdır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar