Putindən Qarabağla bağlı açıqlama: Türkiyə münaqişəsinin həlli prosesində...

29.10.2020 20:07     Dünyadan reaksiya     459

İlk mərhələdə döyüş əməliyyatlarını, insanların ölməsini dayandırmaq, danışıqlar masası arxasına oturmaq lazımdır.

Reaksiya.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həllindən danışarkən deyib.

“Minsk qrupu və həmsədrlər tərəfindən formalaşdırılmış təkliflər əsasında, Minsk qrupunun üzvü olan digər ölkələrin - Türkiyə və bəzi Avropa ölkələri daxil olmaqla orada çox ölkə var - iştirakı ilə konsensus və maraqlar balansını tapmaq lazımdır. Bunu etmək olar”, - deyə, Rusiya lideri vurğulayıb.

Reaksiya.az

Şərhlər