İzmir zəlzələsində ölənlərin sayı açıqlandı - 83 nəfər

02.11.2020 11:55     Dünyadan reaksiya     497

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 83 nəfərə çatıb

 

Reaksiya.az xəbər verir ki, bu barədə Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi məlumat yayıb.

 

Yeraltı təkanlar nəticəsində 962 nəfər xəsarət alıb.

“Ciddi ziyan dəymiş və çökən binaların sayı 58-ə çatıb. Axtarış və xilasetmə işləri sürətlə davam edir. Yaranmış zərərin qiymətləndirilməsi işləri tamamlanır. Bir tərəfdən söküntü işlərinə başlamışıq. Dünəndən etibarən 2 binada söküntü işləri başlayıb”, - deyə nazirlikdən bildirilib.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar