Rus əsgəri ermənilər üçün niyə ölməlidir? - Jirinovski

02.11.2020 12:29     Dünyadan reaksiya     416

Hansı əsasla Rusiya Federasiyasının ordusu, rus əsgəri ermənilərə yardım etmək üçün ölməlidir? Bizə ikinci Əfqanıstan lazım deyil.

Reaksiya.az xəbər verir ki, bu sözləri RLDP-nın lideri Vladimir Jirinovski Rossiya-1 kanalında yayımlanan “Vladimir Solovyovla bazar axşamı” verilişindəki çıxışında deyib.

Onun sözlərinə görə, Ermənistan yalnız Rusiyanın tərkibinə daxil olduğu halda Moskva ona kömək edə bilər:

“Yalnız bu halda bütün problemlər aradan qalxacaq”.

Reaksiya.az

Şərhlər