ABŞ-da 90 milyon insan səs verdi: Bayden Trampı üstələyir

02.11.2020 12:31     Dünyadan reaksiya     445

ABŞ-da prezident seçkilərində 90 milyon insan erkən səsvermədə iştirak edib.
 
Reaksiya.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.  
 
Sözügedən göstərici 2016-cı il prezident seçkilərinin ümumi seçici fəallığının təxminən 65 faizinə yaxın olub.
 
Keçirilən sorğular onu göstərir ki, Co Bayden hazırda D.Trampı üstələyir.
 
Xatırladaq ki, 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində 138 milyon insan iştirak edib.
 

Şərhlər