İzmirdə zəlzələdən ölənlərin sayı yenidən artdı

02.11.2020 21:55     Dünyadan reaksiya     569

Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində həlak olanların sayı 92-yə yüksəlib.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı “Anadolu” yayıb.

Qeyd olunub ki, yeraltı təkandan yaralananlardan 147 nəfərinin müalicəsi davam edir.

Xatırladaq ki, oktyabrın 30-da İzmirdə 6,6 bal gücündə zəlzələ olub. Hadisə nəticəsində şəhərin bir sıra binaları dağılıb.

Reaksiya.az

Şərhlər