Ərdoğan nazirləri toplayır: Qarabağ müzakirəsi...

03.11.2020 09:59     Dünyadan reaksiya     441

Bu gün Türkiyə Prezident Kabineti ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın liderliyində növbəti dəfə toplanacaq.

Reaksiya.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, iclasda Ermənistan-Azərbaycan cəbhə xəttindəki son vəziyyət və Şərqi Aralıqdakı proseslər müzakirə ediləcək.

Bundan başqa, İzmirdə baş verən zəlzələnin nəticələri və sonrakı proseslər haqqında fikir mübadiləsi aparılacaq.

Reaksiya.az

Şərhlər