Arayikin ətrafı Qarabağdan qaçdı - Siyahı

03.11.2020 22:33     Dünyadan reaksiya     887

Qondarma Dağlıq Qarabağ rejiminin casusluq və cəbhədən qaçmaq qalmaqalına görə bir çox "məmuru" işdən çıxarılıb.

Reaksiya.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, müharibənin ilk günlərindən Qarabağı tərk edən "vəzifəli şəxslər" tutduqları işlərdən azad ediliblər:

- "Prezidenin köməkçisi" Rudik Martirosyan

- "Baş Prokurorun müavinləri" Erik Verdiyan və Sasun Qabriyelyan

- "Dövlət Statistika Komitəsinin üzvü" Armen Soğomonyan

- "Mərkəzi Seçki Komissiyasının üzvü" Yeqişe Arzumanyan

- "Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini" Arkadi Soğomonyan

- "Şəhərsalma nazirinin müavini" David Avanesyan

- "Təhsil, Elm və Mədəniyyət Nazirliyinin aparat rəhbəri" Erik Qriqoryan

- "Dövlət Gəlirləri Komitəsinin aparat rəhbəri" vəzifəsini icra edən Qaqik Ayrapetyan

- "Prezident Aparatının Hökumət İşləri üzrə Administrasiyasının köməkçisi" Artak Arustamyan

Görünən odur ki, yüksək "vəzifəli" ermənilər çoxdan Qarabağı tərk edib. Qondarma rejimin başçısı Arayik Arutyunyandan isə bir neçə gündür xəbər yoxdur, bəzi KİV-lərin məlumatına görə, o, Azərbaycan Ordusu tərəfindən məhv edilib.

Reaksiya.az

Şərhlər