Seçkilərin ilkin nəticəsi açıqlandı: Tramp, yoxsa Bayden?

04.11.2020 09:07     Dünyadan reaksiya     605

ABŞ-da Prezident seçkilərinin ilkin nəticəsi açıqlanıb.

Reaksiya.az xəbər verir ki, hazırki Prezident Donald Tramp İndiana ştatında üstünlüyünü qoruyur. Belə ki, səslərin 50 faizinin nəticəsinə əsasən, Tramp 60 faiz səs toplayıb.

Onun Şimali Dakota, Arkanzas, Florida, Kanzas, Luiziana, Şimali Karolina, Kanzas, Kentukki, Tennesi, Alabama, Missisipi, İdaho və Oklahomada səs sayına görə öndə olduğu bildirilib.

Tramp özü də açıqlamasında Vayominq, Şimali və Cənubi Dakotada keçirilən səsvermələrdə qalib olduğunu bəyan edib.

Baydenin isə Nyu York, Nyu Cersi, Men, Massaçusets, Rod-Aylen, Miçiqan, Texas, Pensilvaniya, Nyu-Meksika, Vaşinqton, Kaliforniya, Oreqon və Koloradoda rəqibini qabaqladığı elan edilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar