Peskovdan Putinin istefa xəbərinə - REAKSİYA

06.11.2020 16:47     Dünyadan reaksiya     4029

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin xəstəliyi və istefa edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Reaksiya.az “TASS” agentliyinə istinadən məlumatına görə, Kreml rəsmisi yayılan xəbərləri təkzib edib.

“Bütün bunlar cəfəngiyyatdır. Prezidentin səhhətində heç bir problem yoxdur”, - deyə o bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın “The Sun” nəşri Vladimir Putinin Parkinson xəstəliyinə tutulduğunu və bu səbəbdən 2021-ci ilin yanvarında prezident postundan gedəcəyini iddia edib.

Reaksiya.az

Şərhlər