İranda koronavirusdan ölənlərin sayı 38 minə çatıb

07.11.2020 15:05     Dünyadan reaksiya     552

İranda daha 423 nəfər koronavirusun qurbanı olub.

Reaksiya.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, İranda, ümumilikdə, 37 832 nəfər pandemiyanın qurbanı olub.

Son sutkada daha 9 450 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 673 250-yə yüksəlib.

Məlumatda həmçinin 5 506 nəfərin ağır vəziyyətdə olduğu, 515 153 nəfərin isə sağaldığı vurğulanıb.

Reaksiya.az

Şərhlər