Rusiyada virusa yoluxanların sayında rekord qeydə alındı

09.11.2020 13:25     Dünyadan reaksiya     428

Rusiyada sutka ərzində koronavirusa yoluxma halı ilk dəfə 21 mini ötüb.

Reaksiya.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, son sutkada 21 798 nəfər koronavirusa yoluxub:

“Ölkədə yoluxanların ümumi sayı 1 796 132 nəfərə çatıb. Rusiyada yoluxmaya görə artım tempi 1,2 faiz təşkil edir”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar