Bu prosesdə də qardaşlarımızın yanındayıq - Akar

10.11.2020 14:59     Dünyadan reaksiya     457

Atəşkəs haqqında imzalanmış sazişin şərtlərinin yerinə yetirilməsi, işğal olunmuş bütün torpaqların Azərbaycana qaytarılması və bölgədə sülh və əmin-amanlığın bərpa edilməsi prosesində də can azərbaycanlı qardaşlarımızla tək ürək olmağa davam edəcəyik.

Reaksiya.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar qeyd edib.

“30 ilə yaxındır işğal edilmiş torpaqlarını geri qaytarmaq, Ermənistanın barbar hücumlarına son qoymaq üçün haqlı mübarizə aparan və bu mübarizəni alnı açıq başa çatdıran Azərbaycan türkü qardaşlarımızın zəfərini təbrik edirik”, – deyə Akar bildirib.

Reaksiya.az

Şərhlər