Ərdoğan Putinlə danışdı: Qarabağda birgə nəzarət...

10.11.2020 22:38     Dünyadan reaksiya     460

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Reaksiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasından məlumat yayılıb.

“Prezidentimiz Vladimir Putinlə telefonla danışdı. O bildirdi ki, dünən gecə Dağlıq Qarabağdakı vəziyyətin nizamlanması yolunda doğru addım atıldı. Ərdoğan Türkiyənin Rusiya ilə birlikdə Ermənistanın işğalından azad edilmiş torpaqlarda Azərbaycanın təyin etdiyi ərazidə yaradılacaq ortaq mərkəz əsasında atəşkəslə əlaqədar fəaliyyətləri müşahidə və nəzarət edəcəyini bildirib”, - məlumatda qeyd olunub.

Ərdoğan Ermənistanın işğalı səbəbindən Qarabağı tərk etmək məcburiyyətində qalan azərbaycanlıların evlərinə qayıtmasının və Azərbaycan-Naxçıvan arasında dəhliz açılmasının önəmini də vurğulayıb.

Reaksiya.az

Şərhlər