Britaniyada bir gündə 500-dən çox şəxs COVID-19-dan ölüb

10.11.2020 23:50     Dünyadan reaksiya     413

Böyük Britaniyada koronavirus (COVID-19) infeksiyasına yoluxanların və bu virusun yaratdığı xəstəlikdən ölənlərin sayı artıb.

Reaksiya.az məlumatına görə, son sutkada 20,4 min yeni yoluxma faktı qeydə alınıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 532 nəfər vəfat edib.

Ölkədə ümumilikdə 1, 23 milyon nəfər koronavirus infeksiyasına yoluxub, 49 770 pasiyent vəfat edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar