Rusiyanın imzaladığı bəyanatda Qarabağın statusu... - Peskov açıqladı

10.11.2020 23:44     Dünyadan reaksiya     545

Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı bəyanatda Qarabağın statusu haqda heç nə yoxdur.

Reaksiya.az xəbər verir ki, bu sözləri “İnterfaks”a açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağın statusu məsələsində BMT TŞ-nin qətnamələrinə əsaslanır:

“O sənədlərdə Qarabağın statusu haqda heç bir söz yoxdur. Hazırda biz beynəlxalq hüququn bütün əsas aktlarından, ilk növbədə isə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrindən və digər sənədlərdən istifadə edirik”.

Reaksiya.az

Şərhlər