COVID-19-a yolumuş Zelenski səhhətindən danışdı

12.11.2020 22:10     Dünyadan reaksiya     163

Koronavirusa yoluxmuş Ukrayna prezidenti Vladimir Zelenski özünü kifayət qədər yaxşı hiss etdiyini bildirib və işləməyə davam etdiyini deyib.

Reaksiya.az xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkədəki videomüraciətində qeyd edib.

"Bildiyiniz kimi, COVID-19 təəssüf ki, məndən yan keçmədi və özümü kifayət qədər yaxşı hiss edirəm. Üçüncü gündür təcridetmədəyəm, amma işdən təcrid olunmamışam. Öz vəzifəmi yerinə yetirirəm. Onlayn müşavirələr keçirir və zəngləşirəm", - Zelenski “Telegram”dakı videomüraciətində deyib.

Dövlət başçısı bazar ertəsi bildirib ki, koronavirusa yoluxub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar