Ter-Petrosyandan ermənilərə: "Savaş bitdi, reallıqla barışın"

13.11.2020 12:12     Dünyadan reaksiya     411

Erməni Milli Konqresinin dünənki bəyanatı çoxları, eləcə də hazırkı hakimiyyətin və müxalifətin düşərgəsində bizim onlardan birini müdafiə etməyimizlə bağlı iddiaların ortaya çıxmasına səbəb olub.

Reaksiya.az xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan deyib.

“Aydındır ki, biz nə iştirakçı, nə də hazırkı hakimiyyət mübarizəsinin tərəfdarıyıq. Biz yalnız vətəndaş müharibəsindən qaçılması üçün narahatıq. Ən arzuolunan variant iki tərəf arasında razılaşmadır.

Rusiya-Ermənistan-Azərbaycan arasındakı üçtərəfli razılaşmaya gəlincə bunu reallıq olaraq qəbul etmək lazımdır. Müharibənin bitdiyi və qurbanların olmayacağını nəzərə almaq lazımdır”, - deyə o bildirib.

Reaksiya.az

Şərhlər