Azərbaycanlılar çox cəsarətlə savaşdılar - Saakaşvili

13.11.2020 12:24     Dünyadan reaksiya     170

Türkiyənin mövqeyi Azərbaycan-Ermənistan savaşı nəticəsində gücləndi.

Reaksiya.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili “Exo Moskvaya” müsahibəsində deyib.

“İki mif yaradılmışdı. Birinci o idi ki, azərbaycanlılar savaşa bilmir, onlar savaşa bilməyəcəkər. Ermənilər bunu təkcə İrəvanda yox, hər yerdə isterik şəkildə təkrarlayırdılar. İkinci o idi ki, Rusiya heç vaxt təslim olmayacaq. Belə məlum oldu ki, azərbaycanlılar savaşa bilir, onlar yaxşı hazırlanıblar. Məsələn, Şuşanı onların dağ komandosları aldı. Onlar sadəcə bir neçə tərəfdən daxil oldular və əlbəayaxa savaşa girdilər. Bu artıq dronlar deyildi. Azərbaycanlılar çox cəsarətlə savaşdılar”.

O, həmçinin Türkiyənin bu savaşda iştirakı məsələsinin çox şişirdildiyini, Azərbaycanın özünün bu savaşa çoxdan hazır olduğunu deyib:

Saakaşvili Qafqazın üç ölkəsinin bir-biriylə ortaq dil tapmalı olduğunu və tarixi ziddiyətlərlə bağlı məsələləri geridə qoyması gərəkdiyini bildirib.

Eks-prezident, həmçinin Levon Ter-Petrosyanın bir zamanlar Qarabağla bağlı etdiyi təklifi də dilə gətirərək, onun kəhanətinin reallaşmağa başladığını deyib.

Reaksiya.az

Şərhlər