Şuşadan 150 erməni əsgərin cəsədi çıxarılıb

16.11.2020 11:48     Dünyadan reaksiya     203

150 erməni əsgərin cəsədi Şuşa yaxınlığındakı ərazidən çıxarılıb.

Reaksiya.az xəbər verir ki, bu barədə özünü qondarma “Dağlıq Qarabağ respublikası”nın “başçı”sı kimi təqdim edən Arayik Arutyunyan öz feysbuk səhifəsində məlumat verib.

“Çoxlu insan və ərazi itkiləri yaşadıq. Bunu bir daha bu günlərdə Şuşa ətrafındakı ərazilərdən çıxarılan 150 erməni hərbçinin cəsədləri sübut edir”,- deyə Arutyunyan qeyd edib.

O bildirib ki, yüzlərlə cəsəd hələ də döyüş meydanındadır ki, bu da qurbanların yaxınları və bütün xalq üçün qeyri-müəyyənlik yaradıb.

Bununla yanaşı Ermənistanda davam edən siyasi böhran separatçıların “rəhbər”ini də narahat edib. O, Ermənistandakı daxili sabitliyə təhdidlərdən narahat olduğunu qeyd edib.

Xatırladaq ki, oktyabrın 14-də Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayaraq Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüş meydanında həlak olan hərbi qulluqçuların bir neçəsinin cəsədlərinin toplanılmasının həyata keçirildiyini bildirib.

Qeyd olunub ki, bu humanitar aksiya çərçivəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib.

Həmçinin, aksiya çərçivəsində Şuşa şəhəri ətrafında gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun altı hərbi qulluqçusunun cəsədi təhvil alınıb.

Reaksiya.az

Advertisement Banner

Şərhlər