Paşinyan hərbçiləri Dağlıq Qarabağdan Yerevana çağırıb

16.11.2020 11:50     Dünyadan reaksiya     562

Ermənistanın baş naziri Nikol Paşinyan hərbçiləri Dağlıq Qarabağdan Yerevana qayıtmağa və "divar dibində ulayan"larla bağlı məsələləri həll etməyə çağırıb.

Bu barədə Ermənistanın baş naziri özünün "Facebook" səhifəsində yazıb.

N.Paşinyan bildirib: "Cəbhə bölgəsindən hərbi qulluqçuların onlarla videosunu izlədim. Uşaqların dərin düşüncəsindən heyrətləndim. Uşaqlar, siz haqlısınız. Divar dibində ulayanlarla bağlı məsələləri tamamilə həll etmək üçün sizi Yerevanda gözləyirəm".

"Facebook" istifadəçiləri baş nazirin bu açıqlamasını pisləyiblər və qeyd ediblər ki, eitrazçılar da Ermənistan xalqının bir hissəsidir.

Reaksiya.az

Şərhlər