Türk general: Türkiyə S-400-ləri bura yerləşdirsə...

18.11.2020 11:20     Dünyadan reaksiya     464

Yunanıstan F-35-lərin alınması məsələsi ilə bağlı tələsik addımlar atır.

Reaksiya.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri türkiyəli general Nejat Eslen deyib.

“Türkiyə həm geosiyasi mövqeyi, həm də imkanları baxımından ABŞ və NATO üçün olduqca önəmli ölkədir. ABŞ-ın regionda Yunanıstana verdiyi dəstək öz mənafeyinə uyğun deyil. ABŞ strateji durumu nəzərə almalıdır”, - deyə general bildirib.

O, Türkiyənin S-400-lərinin Yunanıstanı narahat etdiyini vurğulayıb:

“Yunanıstan F-35-ləri alarsa, Türkiyə qarşılarına S-400-ləri qoyar. Bütün dünya bilir ki, S-400-lərin qarşısında F-35-lərin “xəyalət təyyarəsi” imkanları yoxdur. Təbii ki, ABŞ da bundan narahat olar. S-400-ləri Egey və Şərqi Aralıqda yerləşdirərsək, həm Yunanıstan, həm də burada macəra axtaran digər ölkələr qarşısında strateji üstünlük əldə edərik”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar