Bu, kimisə sevməməyimizlə bağlı deyil - Putin

22.11.2020 17:14     Dünyadan reaksiya     638

Rusiya ABŞ-ın daxili siyasiyətində qarşıdurmanın bitməsini gözləyir.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya-1 telekanalında yayımlanan "Moskva. Kreml. Putin" verilişinin efirində deyib.

O bildirib ki, yalnız prezident seçkilərində qalib qanuni və rəsmi şəkildə təsdiqlənəcəyi təqdirdə rəsmi Moskvanın təbrik etməsi mümkün olacaq:

"Sizi əmin etmək istəyirəm ki, burada heç bir problem yoxdur. Bu, kimisə bəyənməyimiz və ya kimisə sevməməyimizlə bağlı deyil, yalnız ABŞ-da daxili siyasi qarşıdurmanın bitməsini gözləyirik. Heç bir gizli məqsəd və ya əlaqələrimizin məhvinə zəmin yarada biləcək heç bir şey yoxdur. Biz Amerika xalqının etimad edəcəyi hər hansı bir siyasətçi ilə işləməyə hazırıq".

Reaksiya.az

Şərhlər