“Hakimiyyət özünü tamamilə tükəndirib, tək ümid Rusiyadır” – Erməni komandir

24.11.2020 17:30     Dünyadan reaksiya     453

Hazırda gündəliyimizin prioritet məsələlərində biri Azərbaycanda olan mülki və hərbi əsirlərin dərhal geri qaytarılması və rəsmi Bakının nəzarət etdiyi rayonlarda ölən uşaqlarımızın cəsədlərinin təhvil verilməsidir.

Avropa.info xəbər verir ki, bu sözləri Qarabağ separatçılarının “prezident”inin sabiq "müşavir"i Tiqran Abramyan öz “Facebook” səhifəsində yazıb:

"İndiki hakimiyyət (Paşinyan - red) özünü tamamilə tükəndirib, bu statusda o, sadəcə danışıqlar apara bilmir və bizim üçün istədiyimiz nəticəni əldə edə bilmir. Bütün ümidimiz Rusiyaya və əvəzimizə bizim problemlərlə məşğul olanlaradır. Bu hakimiyyət üçün insan heç bir dəyər deyil və bu səbəbdən bu vəziyyətə gəldik".

Reaksiya.az

Şərhlər