Ermənistan 10 min hərbçisini itirib – General Açıqladı

07.12.2020 17:12     Dünyadan reaksiya     888

44 gün davam edən Vətən Müharibəsi Azərbaycan Ordusunun misilsiz qələbəsi ilə yekunlaşıb. Belə ki, Milli Ordumuz işğal altındakı torpaqları azad etməklə yanaşı, düşmənin 30 illik mühəndis istehkam və müdafiə sistemini darmadağın etdi.

“Ermənistanın Müdafiə Nazirliyinin itkilərin sayı ilə bağlı verdiyi rəqəmlər həqiqəti əks etdirmir. Belə müharibələrdə yalan söyləmək mümkün deyil. Müasir pilotsuz uçuş aparatları və peyk sistemlərindən müşahidələr onu göstərir ki, Ermənistanın 10 minə yaxın itkisi var”.

BAKU.WS xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə Nazirliyinin sabiq sözçüsü, briqada generalı Yücel Karauz bildirib.

Onun sözlərinə görə, bundan əlavə Ermənistan ordusunun bir qismi də cəbhədən qaçıb: “Onların baş naziri də bu barədə danışıb. Ermənistan Ordusu 44 günlük müharibə zamanı 65 faiz silah sistemlərini itirib. Bunları təsdiq edən görüntülər Azərbaycan Müdafiə Nazirliyində var”.

Türkiyə Ordusunun genaralı daha sonra vurğulayıb ki, Ermənistan ordusu müharibə zamanı bütövlükdə şəxsi heyətin 25 faizini itirib: “Ermənistan düşdüyü vəziyyətdən 15 il ərzində çıxa bilməyəcək. Bu da Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi ən böyük uğurlardan biridir”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar