Türkiyədən Qarabağ açıqlaması - Qiyamətə qədər...

08.12.2020 10:31     Dünyadan reaksiya     612

Türkiyə hökuməti, milləti, Türkiyə Böyük Millət Məclisi, ümumilikdə millətimizin bütün nümayəndələri Qarabağdakı bu möhtəşəm qələbə münasibətilə azərbaycanlı qardaşlarını təbrik edirlər.

Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Qurtulmuş deyib.

"Qarabağ məsələsində beynəlxalq arenanı həm Azərbaycan, həm də Türkiyə əleyhinə qaldırmaq istəyənlərə rəğmən yolumuzdan dönmədik. Prezident İlham Əliyevin liderliyində Azərbaycan kəskin mübarizə ilə ay yarım ərzində 29 illik yuxunu gerçəkləşdirdi və Qarabağ Azərbaycana qovuşdu. Qarabağ Azərbaycandır və qiyamətə qədər Azərbaycan olaraq qalacaq!” - o bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar