BMT Krım haqqında qətnamə qəbul etdi

08.12.2020 10:34     Dünyadan reaksiya     1122

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyası Krım yarımadası haqqında qətnamə qəbul edib.

Reaksiya.az xarici KİV-ə istinadən xəbər verir ki, qətnamə Krım Muxtar Respublikası və Sevastopol şəhərinin, həmçinin Azov dənizi və Qara dəniz akvatoriyasının hərbiləşdirilməsi problemi ilə bağlı olub.

BMT Baş Assambleyasının 75-ci sessiyasında qəbul olunmuş qətnamədə həmçinin Rusiyanın Krımı ilhaqı dayandırması çağırışı yer alıb.

Reaksiya.az

Şərhlər