Hadisələr belə davam etsə, Çin ABŞ-a qalib gələcək - General

09.12.2020 10:47     Dünyadan reaksiya     591

Çinin iqtisadi potensialının artması imkan verir ki, öz hərbi gücünü yüksək templərlə inkişaf etdirsin.

Reaksiya.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli deyib.

Onun sözlərinə görə, əgər hadisələr bu tempdə inkişaf etsə, əsrin ortalarında Çin ABŞ üzərində hərbi konfliktlərdə qalib gələcək.

M.Milli 2035-ci ildə Çinin hərbi potensialının ABŞ ilə müqayisə ediləcəyini deyib. Milli bunun ABŞ üçün yaxın zamanlarda ciddi çağırış olacağını bildirib.

Reaksiya.az

Şərhlər