Ermənistan parlamentinin önünə polis yeridildi

09.12.2020 16:00     Dünyadan reaksiya     417

Ermənistanda parlament binasının önünə polis qüvvələri yeridilib.

Reaksiya.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyanın istefası tələbi ilə müxalifətin saat 16:00-da planlaşdırdığı etiraz nümayişi ərəfəsində Ermənistan parlamentinin binası qarşısına polis qüvvələri cəlb olunub.

Paşinyanın istefasını istəyən müxalifət qüvvələri adından Daşnaksütun Partiyasının nümayəndəsi İşxan Saqatelyan bütün xalqı parlament binası yaxınlığında toplanmağa və "hakim rejimi xalqın iradəsini qəbula məcbur etməyə" çağırıb.

Reaksiya.az

Şərhlər