Rusiya buna imkan vermir - Zelenski

10.12.2020 09:47     Dünyadan reaksiya     836

Ukrayna Donbasdakı qoşunların geri çəkilməsində yeni bir mərhələyə, ərazilərin minalardan təmizlənməsinə və eyni zamanda məhbusların qarşılıqlı olaraq sərbəst buraxılmasına hazırdır.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenskinin sözlərinə görə, Donbasda sülhün irəliləməsi “Normand formatı” iştirakçısı olan dövlətlər arasında danışıqlar yolu ilə əldə oluna bilər.

Prezident Rusiyanı sülh prosesinə qarşı çıxmaqda da günahlandırıb:

“Sülhə aparan yol həmişə tikanlıdır. Amma bu yolu bütün tərəflər keçməlidir. Ukraynanın danışıqlar prosesindəki fəallığı bütün dünyaya və ən əsası Donbas sakinlərinə göstərdi ki, sülhə maraqlı olan bizik və Rusiya razılaşmaların həyata keçirilməsinə mane olur”.

Reaksiya.az

Şərhlər