Saakaşvili hakimiyyəti müxalifətçilərə rüşvət verməkdə ittiham etdi

15.12.2020 12:10     Dünyadan reaksiya     405

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili açıqlaması ilə ölkəsindəki parlament seçkilərindən sonra yaranan gərgin vəziyyəti daha da gərginləşdirib.

Reaksiya.az xarici KİV-ə istinadən xəbər verir ki, lideri olduğu müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadzenin partiyanın seçkilərlə bağlı mandatlardan imtina və parlamentin fəaliyyətini boykot taktikasını yanlış adlandıraraq istefa verməsindən sonra vəziyyət ağırlaşıb. Ukraynada yaşayan Mixail Saakaşvili sosial şəbəkədəki səhifəsindən canlı yayıma çıxaraq müxalifətdən parlamentin fəaliyyətini boykot etməyi yanlış hesab edənlərə hakimiyyətin müxtəlif vədlər verdiyini bəyan edib.

 

Saakaşvilinin sözlərinə görə, oliqarx Bidzina İvanişvili mandatlarından imtina etməyən və deputat kimi fəaliyyət göstərməyə razı olan bir sıra müxalifətçilərə 2-3 milyon ABŞ dolları rüşvət verib. O, qeybət etməyi xoşlamadığını və dəqiq faktlara sahib olduğunu bildirib. Böyük pullar qarşısında satılan bəzi müxalifətçiləri tənqid edən eks-prezident bütün müxalifəti bir daha parlament fəaliyyətini boykot etməyə və saxtalaşdırılmış seçkilərin nəticəsini tanımamağa çağırıb. O, yeni seçkilər keçirilməsi üçün addımlara davam etməyi zəruri sayıb.

Reaksiya.az

Şərhlər