İrəvanda etirazlar bu gün də davam edəcək

15.12.2020 12:25     Dünyadan reaksiya     358

Ermənistan müxalifəti İrəvanda yenidən etiraz aksiyası keçirəcəyini elan edib.

Müxalifət etiraz aksiyasının 17:00-da Sasun David meydanında keçiriləcəyini bildirib.

Qeyd edək ki, mitinqi Vazgen Manukyanın rəhbəri olduğu Vətənin Qurtuluş Hərəkatı keçirir. Hərəkatın tərkibində 16 müxalifət partiyası yer alır.

Reaksiya.az

Şərhlər