Polis hökumət binasını nəzarətə götürdü - Ermənistanda

24.12.2020 11:33     Dünyadan reaksiya     427

Ermənistanda polis hökumətin binasını nəzarətə götürüb.

Reaksiya.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, səbəb müxalifətin binaya hücum təhlükəsidir. Belə ki, birləşmiş müxalifət qüvvələri tərəfdarlarına hökumət binasını mühasirəyə almaq barədə çağırış edib.

Bu gün saat 11:00-da Nikol Paşinyanın sədrliyi ilə Ermənistan hökumətinin ilin yekunlarına həsr olunmuş iclası olmalıdır. Müxalifət binanı mühasirəyə almaqla, Paşinyanın binaya daxil olmasını və sözügedən iclasın keçirilməsini əngəlləməyə çalışır. Hazırda güc strukturları binanın ətrafında  tədbirlərini maksimum həddə çatdırıb.

Reaksiya.az

Şərhlər