ABŞ-da 1 milyon insan peyvənd olundu

24.12.2020 13:28     Dünyadan reaksiya     371

Bir milyondan çox ABŞ vətəndaşı BioNTech, Moderna və Pfizer şirkəti tərəfindən hazırlanmış koronavirus peyvəndilərini tətbiq ediblər.

Bu barədə ABŞ-ın Xəstəliklərin müayinə olunması və qarşısının alınması mərkəzi hesabat yayıb.

Bildirilib ki, artıq 1 008 025 nəfər koronavirusa qarşı peyvənd olunub. ABŞ bu “kiçik, lakin vacib mərhələ"ni 10 gün ərzində qət edib.

Eyni zamanda qeyd olunur ki, hazırda preparatın 9,4 milyonluq dozası hazırdır. 328,2 milyonluq əhaliyə sahib olan ölkənin bütün vətəndaşları yaxın gələcəkdə tam olaraq vaksinasiya olunacaq.

Reaksiya.az

Şərhlər