"Qarabağda qalıcı sülh və sabitlik bərqərar olmalıdır" - Çavuşoğlu

29.12.2020 15:10     Dünyadan reaksiya     382

"Qarabağda qalıcı sülh və sabitlik bərqərar olmalıdır".

Reaksiya.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu rusiyalı həmkarı Serey Lavrovla görüşündə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu söyləyib.

"Qalıcı sülh və sabitlik bərqərar olmalıdır. Bunun təmin olunması üçün altılıq format modeli də düşünülə bilər. Burada daimi sülh və stabillik təmin edilməlidir ki, bizim Rusiya ilə birgə yaratdığımız ortaq müşahidə missiyasına ehtiyac qalmasın və iqtisadi inkişaf və rifah meydana gəlsin. Rusiyanın sülhməramlıları da ərazidədir. Türkiyə bu mövzuda Azərbaycanla iş birliyini davam etdirəcək", - deyə Çavuşoğlu bildirib.

O, Suriyada da sülhə və sabitliyə ehtiyac olduğunu vurğulayıb.

Reaksiya.az

Şərhlər