Ermənilərdən ŞOK ETİRAF - Hadrutda çoxsaylı... - VİDEO

06.01.2021 12:31     Dünyadan reaksiya     494

Hadrutda hələ də gizlənən erməni terrorçular var.

Reaksiya.az xəbər verir ki, Hadrutun Ermənistana qaçmış qondarma “bələdiyyə sədri” Vahan Savadyan etirafı bunu təsdiqləyir.

V.Savadyan erməni KİV-nə bu haqda yazmamağı tövsiyə edir: “Orada gizlənən oğlanlarımız var, azərbaycanlılar onları tapmaq üçün evləri bir-bir axtarır. Bütün KİV-lərə tövsiyə edərdim ki, bu cür informasiyaları tirajlamasınlar, çünki Azərbaycan tərəfi bu məlumatlardan sonra axtarış əməliyyatlarını daha da genişləndirir. Bu mövzuda çox da danışmamağınızı xahiş edirəm, çünki orada çoxsaylı oğlanlarımızın olması mümkündür”.

Savadyan erməni KİV-lərinə etdiyi tövsiyə ilə əslində Hadrutda terrorçuların qaldığını da etiraf etmiş olur. Bu, həm də daha genişmiqyaslı anti-terror əməliyyatı üçün ciddi etirafdır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar