Çavuşoğlu: “Atəşkəs davamlı olsa, Türkiyə və Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq üçün addımlar ata bilər”

18.01.2021 17:13     Dünyadan reaksiya     473

“Dağlıq Qarabağda atəşkəs əldə edilib. Bu, önəmli fürsətdir”.

Reaksiya.az xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarlı Hayko Maasla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Atəşkəs davamlı olarsa, Türkiyə və Azərbaycan olaraq Ermənistanla münasibətləri normallaşdırmaq üçün addımlar ata bilərik. Bunu Azərbaycanla koordinasiya edəcəyik”, - deyə o qeyd edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar