Gürcüstanda son sutkada koronavirusa 1550 yoluxma qeydə alınıb, 15 nəfər ölüb

19.01.2021 14:43     Dünyadan reaksiya     115

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  1 550 yoluxma halı qeydə alınıb, 15 nəfər ölüb.

Reaksiya.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 249 465, ölənlərin sayı isə 2 973 nəfərə çatıb.

Virusa yoluxanlardan 235 130  nəfərin sağaldığı bildirilir.

Reaksiya.az

Advertisement Banner

Şərhlər