“Beqloyan Azərbaycan deputatı kimi danışır” - Aksiya

03.02.2021 12:54     Dünyadan reaksiya     551

Ermənistanda Mənim Addımım Blokunun deputatı Anuş Beqloyanın evinin qarşısında etiraz aksiyası başlayıb.

Reaksiya.az xəbər verir ki, aksiyanı Respublikaçılar Partiyasının gənclər qanadı təşkil edib.

Partiyanın gənclər təşkilatının rəhbəri Ayk Mamicanyan etiraz aksiyasını Beqloyanın Azərbaycanın Milli Məclisinin üzvü olmadığını xatırlatmaq üçün keçirdiklərini bildirib.

Qeyd edək ki, Beqloyanın bundan öncəki çıxışı Ermənistanda narazılıq yaradıb. Belə ki, o, Qarabağ müharibəsi haqqında bəhs edərkən, kimin birinci hücum etdiyi və ya bu ərazinin kimə məxsus olmasıyla bağlı sonsuz diskussiyalar yerinə gələcəyə baxılması gərəkdiyini bildirib.

Reaksiya.az

Şərhlər