NATO: Çıxma qərarını müttəfiqlər verməlidir

04.02.2021 16:43     Dünyadan reaksiya     567

Hansı qərarın alınacağından asılı olmayaraq, bunun maliyyə xərcləri və çətinlikləri olacaq.

Reaksiya.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

Stoltenberq NATO-nun Əfqanıstandan çıxmaq və ya ölkədə qalmaq qərarını müttəfiq ölkələrin birlikdə verməli olduğunu deyib.

“NATO müttəfiqlərinə mesajım budur ki, nə qərar verəcəyiksə, birlikdə verməliyik. Əfqanıstana birlikdə getdik, uyğun zamanda birlikdə çıxmalıyıq”, - deyə o bildirib.

Reaksiya.az

Şərhlər