Ukrayna XİN-dən Azərbaycan bəyanatı: Razıyıq!

06.02.2021 20:28     Dünyadan reaksiya     545

Ukrayna ilə Azərbaycan arasında gözəl dostluq və strateji tərəfdaşlıq münasibətləri mövcuddur.

Reaksıya.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin Tvitter səhifəsində iki ölkə arasında diplomatik münasibətlərin 29-cu ildönümü münasibətilə yerləşdirilən paylaşımda bildirilib.

“Bu gün biz diplomatik münasibətlərimizin 29-cu ildönümünü qeyd edirik. Ukrayna Azərbaycanla yüksək əməkdaşlıqdan razıdır. İnanırıq ki, Ukrayna və Azərbaycan arasında əməkdaşlıq daha da möhkəmlənəcək”, - XİN-in təbrik bəyanatında vurğulanıb.

Qeyd edək ki, Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan və Ukrayna arasında ilk diplomatik münasibətlər 1992-ci il fevralın 6-da qurulub.

Reaksiya.az

Şərhlər