Yaponiyada zəlzələ NEZ-lərin fəaliyyətini məhdudlaşdırıb

16.02.2021 13:54     Dünyadan reaksiya     617

Yaponiyanın şimal-şərqində baş verən güclü zəlzələdən sonra ölkənin ən böyük neft emalı zavodları güclərinin 20%-ni dayandırıb.

Reaksiya.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, gündəlik neft emalı 743 min barel azalıb ki, bu da Yaponiyanın gündəlik 3,4 mln. barel neft emalı gücünün təxminən 22%-ni təşkil edir.

Xatırladaq ki, ötən həftənin şənbə günü Yaponiyada baş verən 7,3 bal gücündə zəlzələnin episentri yaxınlığındakı neftayırma zavodlarının işi avtomatik və ya yoxlama üçün dayandırılıb.

Qeyd edək ki, Yaponiya dünyanın ən böyük dördüncü neft idxalçısıdır.

Reaksiya.az

Şərhlər