NATO hərbçilərinin olduğu baza raketlə vuruldu

21.02.2021 00:42     Dünyadan reaksiya     345

İraqın Səlahəddin şəhərində NATO hərbçilərinin olduğu “Bələd” hərbi bazasına 3 raket atılıb.

Reaksiya.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, hücum nəticəsində bazada olan 3 nəfər yaralanıb.

Qeyd edək ki, İraq hökuməti məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.

Reaksiya.az

Şərhlər